• İDMAN

    14:17 3 may 2019

Azərbaycan Futzal Federasiyasının iclası keçirilib

Bu gün Azərbaycan Futzal Federasiyasının (AFF) iclası keçirilib.

ONA-nın məlumatına görə, AFF-nin prezidenti Zaur Axundovun rəhbərliyi ilə baş tutan iclasda federasiya əməkdaşları ilə bərabər, pley-off mərhələsinə yüksəlmiş “Araz”, “Neftçi”, “Xəzər Cənub” və EKOL komandalarının, eləcə də AFFA-nın Hakimlər Komitəsinin nümayəndəsi iştirak edib.

Yığıncaqda başa çatmaqda olan Yüksək Liqanın əsas mərhələsi haqda müzakirələr aparılıb, eyni zamanda pley-off oyunlarına hazırlıq barədə çıxışlar dinlənilib. Federasiya rəhbərliyi qarşıdakı oyunlarla bağlı klubları maraqlandıran suallara aydınlıq gətirib, onlardan komanda üzvləri ilə meydanda oyun qaydalarına maksimum riayət olunması barədə söhbətlərin aparılmasını xahiş edib, eyni zamanda oyunlar zamanı respect və fair-play-ə əməl edilməsinin vacibliyi bildirilib.

Qeyd edək ki, Yüksək Liqada pley-off oyunları mayın 8-də, 11-də və 14-də keçiriləcək. İki qələbə qazanan komanda finalda, məğlublar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək. Üçüncü yer və final qarşılaşmaları mayın 17-də Bakı İdman Sarayında keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR