Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə keçirilən Dünya Kuboku başa çatıb.
ONA-nın məlumatına görə, Azərbaycan millisi yarışı 2 medalla bitirib.
Komandamızın hesabına ilk mükafatı İvan Tixonov yazdırıb. Gimnastımız dəstəli atda 14,00 xalla kubokun bürünc medalına layiq görülüb.
Kubokun son günü isə millimizin Nikita Simonov öz sevimli aləti olan halqalarda çempion tituluna yiyələnib. 28 ölkənin iştirakçıları arasında mübarizə aparan gimnastımızın çıxışı 14,500 xalla dəyərləndirilib və o, qızıl medala sahib olub.