• İDMAN

    19:29 21 fevral 2019

[b]Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşısı seçilib[/b]

Azərbaycan Gimnastika Federasiyası (AGF) növbəti dəfə ilin ən yaxşısı seçilib. ONA-nın məlumatına görə, Beynəlxalq Gimnastika Federasiyası (FIG) 2018-ci ilin yekunlarına əsasən AGF-i 2018-ci ilin ən yaxşı federasiyası elan edib.

AGF ötən il olduğu kimi, bu il də öz nümunəvi fəaliyyəti ilə, bütün diqqətləri üzərinə toplamağı bacarıb. Yüksək səviyyədə təşkil olunmuş gimnastikanın 3 növü üzrə Dünya Kuboku, FIG Akademiyasının bədii, idman və aerobika gimnastikası üzrə məşqçilik kursları, FIG-nin Ali orqanı olan Konqresi, beynəlxalq yarışlar və digər iclasların yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu dəfə də dəyərləndirilib və federasiyamız birinciliklə mükafatlandırılıb.

Qeyd edək ki, 148 federasiyanın üzv olduğu FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, növbəti 2 ildə ilk pillədə qərarlaşıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR