• İDMAN

    12:18 25 mart 2019

Azərbaycan gimnastı Fransada 2 medal qazanıb

Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, yarışda ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.

Gimnastlarımızdan gənclər arasında mübarizə aparan A. Cəlilova lent və gürzlərlə çıxışı ilə fərqlənərək, millimizin hesabına iki bürünc medal yazdırıb. Təmsilçimizin iplə çıxışı isə onu 6-cı edib.

Digər final mərhələsində daha bir gimnastımız N. Bayramova top ilə öz gücünü sınayıb və nəticədə 5-ci olub.

Böyüklər arasında isə Veronika yarışı top ilə 6-cı, Darya isə gürzlərlə 7-ci yerdə başa vurub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR