Azərbaycan gimnastları Rusiya çempionatında birinci olublar
  • İDMAN

  • 14:20 23 May 2019

Azərbaycan gimnastları Rusiya çempionatında birinci olublar

Krasnodar şəhərində batut gimnastikası üzrə Rusiya çempionatının final yarışları keçirilib.

ONA-nın məlumatına görə, Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan gimnastları da mübarizə aparıblar. 

Yarışda ölkəmizi təmsil edən gimnastlarımız Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstərərək, qızıl medal qazanıblar.

Çempionatda çıxış edən xanım gimnastımız Selcan Maqsudova turniri 51,550 xalla 4-cü, digər təmsilçimiz Hüseyn Abbasov isə 8-ci yerdə başa vurub.

OXŞAR XƏBƏRLƏR