• İDMAN

    09:22 15 aprel 2019

Azərbaycan güləşçiləri Antalyada 11 medal qazanıb

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup" turnirinə yekun vurulub.

ONA-nın məlumatına görə, Azərbaycan millisi yarışı 2 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurub.

Belə ki, yunan-Roma güləşçilərimizdən Nihad Məmmədli (55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Elmir Əliyev (51 kq) finalda uduzaraq, “gümüş”lə kifayətlənib. Fərid Sadıqlı (45 kq) isə bürünclə kifayətlənib.

Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olubsa, Riad Aslanov ikinci, Zirəddin Bayramov (hər ikisi 55 kq), Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) üçüncü yeri tutublar.

Qızların turnirində isə Elnurə Məmmədova (53 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) gümüş medal qazanıblar.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR