Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
ONA-nın məlumatına görə, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi təmsil edən komandamız 5 medal qazanıb.
Niyaz Ərzumanov (67 kq) gümüş, Həsən Məmmədli (60 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Xasay Yusubov (130 kq) isə bürünc mükafata sahib olub.