Azərbaycan güləşçiləri “Çempionlar” turnirində ilk medallarını qazanıblar
  • İDMAN

  • 10:42 20 Aprel 2019

Azərbaycan güləşçiləri “Çempionlar” turnirində ilk medallarını qazanıblar

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.

ONA-nın məlumatına görə, yarışın 2-ci günündə ilk medalçılar müəyyənləşib. Qızların mübarizəsində bütün rəqiblərinə qalib gələn Ceyla Nağızadə (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayşən Yusifova (53 kq) isə bürünc medal qazanıb.

Sərbəst güləşçilərimizə gəlincə, Elmar Kazımov (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.

OXŞAR XƏBƏRLƏR