Sabah Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turnirinə start veriləcək.
ONA-nın məlumatına görə, aprelin 7-dək davam edəcək ənənəvi yarışda Azərbaycan millisi də iştirak edəcək.
Turnirdə ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında Zaur Əliyev, Rəvan Rəcəbov (hər ikisi 55 kq), Zaur Nuriyev (63 kq), Ramin İsrayilov (67 kq), Cavid Miralayev (77 kq), Şirxan Quliyev (82 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcəklər.
Yarışda beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov isə ədaləti qoruyacaq.