Mayın 23-dən 25-dək İtaliyanın Sassari şəhərində güləş üzrə Matteo Pellikone Memorialı keçiriləcək.
ONA-nın məlumatına görə, turnirdə ölkəmizi qadın güləşçilərimiz təmsil edəcək.
Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında son Avropa çempionatının medalçıları - Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı 62 kq) İtaliyada da uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.