• İDMAN

    16:11 7 may 2019

Azərbaycan güləşçiləri Ukraynada turnirdə iştirak edəcək

Yunan-Roma güləşçi üzrə Azərbaycan yığması sabah Ukraynaya yola düşəcək.

ONA-nın məlumatına görə, mayın 10-dan 12-dək bu ölkənin paytaxtı Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin 23-cü Memorialı keçiriləcək.

Ənənəvi yarışda baş məşqçi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Sakit Quliyev, Murad Bazarov (hər ikisi 60 kq), Kərim Cəfərov, Elman Muxtarov, Nofəl Babayev (hamısı 67 kq), Sənan Süleymanov (72 kq), Həsən Əliyev (77 kq) və Zamir Məhəmmədov (97 kq) mübarizə aparacaq.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR