Azərbaycan hakimləri AVRO-2020-in seçmə mərhələsinin oyununa təyinat alıblar. ONA-nın məlumatına görə, FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası Polşa – Latviya qarşılaşmasını idarə edəcək.
Bu oyun martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək. Ə.Ağayevə Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.