• İDMAN

    18:30 13 mart 2019

Azərbaycan yığması heç-heçə oynayıb, Rusiya dünya çempionu olub

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında VIII turun matçları keçirilib. ONA-nın məlumatına görə, kişilərdən ibarət Azərbaycan yığması İranla üz-üzə gəlib.

Millimiz bu qarşılaşmadan da 2:2 hesablı heç-heçə ilə ayrılıb. Komandamızın heyətində Rauf Məmmədov qələbə qazansa da, Arkadi Naydiçin məğlub olması yekunda xalları yarı bölməyimizlə nəticələnib. Digər şahmatçılarımız - Qədir Hüseynovla Nicat Abasov rəqibləri ilə “sülh” bağlayıblar.

Turun digər matçlarında Rusiya İsveçi 3,5:0,5, Çin İngiltərəni 3:1, Misir Qazaxıstanı 2,5:1,5 hesabı ilə məğlub edib. Hindistanla ABŞ isə heç-heçə oynayıblar (2:2).

Beləliklə, son turun nəticəsindən asılı olmayaraq, Rusiya millisi dünya çempionu tituluna yiyələnib. İkinci və üçüncü yerlərin sahiblərinin adları isə sabah dəqiqləşəcək.

Qeyd edək ki, son turda yığmamız Misirlə mübarizə aparacaq. Günün digər matçlarında İngiltərə - İsveç, Qazaxıstan – Çin, ABŞ – İran və Rusiya – Hindistan cütləri üz-üzə gələcək.

Dünya çempionatı
VIII tur
13 mart
İran - Azərbaycan - 2:2

Parham Maqsudlu - Arkadi Naydiç - 1:0
Puya İdani - Rauf Məmmədov - 0:1
Amin Tabatabayi - Qədir Hüseynov - 0,5:0,5
Əlirza Firuca - Nicat Abbasov - 0,5:0,5

Turnir cədvəli: Rusiya - 14 xal, İngiltərə, Hindistan - 11, Çin - 10, ABŞ - 9, İran - 8, Azərbaycan - 6, Qazaxıstan, İsveç - 4, Misir - 3.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR