• İDMAN

    13:19 13 may 2019

Azərbaycan idmançıları Avropa çempionatında 2 qızıl medal qazanıb

Moldovanın Orhey şəhərində qarışıq döyüş növləri üzrə Avropa çempionatı keçirilib.

ONA-nın məlumatına görə, yarışda Azərbaycanı S-1 peşəkar döyüş liqasının 5 idmançısı təmsil edib.

Həmyerlilərimizdən ikisi Avropa çempionu tituluna layiq görülüb. Əli Mirzəyev (75 kq) və Tural Əliyev (81 kq) Orheydə qızıl medal qazanıblar.

Bu nəticə komandamızı 17 ölkə arasında 3-cü edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR