Meksikanın Akapulko şəhərində stend atıcılığı üzrə keçirilən Dünya Kuboku başa çatıb. ONA-nın məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edib.
Snayperlərimiz mükafatçılar sırasına düşə bilməyib. Belə ki, skit növündə mübarizə aparan Nurlana Cəfərova 45-ci yeri tutub. Cəmi 4 idmançını qabaqlayan həmyerlimiz 101 xal toplaya bilib.
Millimizin digər üzvü Emin Cəfərov isə kişilər arasında keçirilən skit yarışında 50-ci pillədə qərarlaşıb. O, 117 xal yığıb.