• İDMAN

    23:06 29 iyun 2020

Azərbaycan idmançısı 12 il müddətinə diskvalifikasiya olunub

Azərbaycanın daha 2 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) apasport.az saytına verilən məlumata görə, Həsənbəy Həsənzadə və Kamran Orucov diskvalifikasiyaya məruz qalıb.

Ağırlıqqaldıran Həsənzadədən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində Ekzogen AAS/ oksandrolon, həmçinin Ekzogen AAS/ oksimetolon metabolitləri və metasteron tapılıb. O, bu səbəbdən 144 ay (12 il) cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2019-cu il martın 11-dən hesablanmağa başlanılıb və 2031-ci il martın 11-də bitəcək.

Bir dəfə boks üzrə Azərbaycan çempionatında qüvvəsini sınamış Orucov da cəzaya məruz qalıb. Əsas idman növü kikboksinq sayılan Kamran 2 il yarışlara qatıla bilməyəcək. Onda Stimulyantlar/ 4-methylhexan-2-amine (methylhexaneamine) aşkarlanıb. İdmançının cəzası 2022-ci il mayın 8-də başa çatacaq.

Qeyd edək ki, AMADA daha öncə 53 idmançımıza cəza tətbiq edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR