• İDMAN

    10:19 3 may 2019

Azərbaycan idmançısı dünya çempionu titulunu qazanıb

İspaniyanın Pontevedra şəhərində akvatlon üzrə dünya çempionatı keçirilib.

ONA-nın məlumatına görə, mundialda Azərbaycan idmançısı Rostislav Pevtsov qızıl medala yiyələnib.

O, 1 kilometrlik su mərhələsini 12 dəqiqə 54 saniyəyə başa vurub. O, yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə 14 dəqiqə 59 saniyəlik nəticə göstərib.

İdmançımız 57 triatlonçunun mübarizə apardığı yarışı 28 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub.

Çempionluq təmsilçimizə həm də payızında ABŞ-ın San-Dieqo şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazandırıb.

Dünya çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 6-cı çatıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR