• İDMAN

    12:04 15 aprel 2019

Azərbaycan karateçiləri Rabatda Premyer Liqa yarışında çıxış edəcəklər

Mərakeşin paytaxtı Rabatda Karate1 seriyasından Premyer Liqa turniri keçiriləcək.

Azərbaycan Karate Federasiyasından ONA-ya verilən məlumata görə, aprelin 19-21-də təşkil olunacaq yarışda milli komandamızın 14 idmançısı iştirak edəcək.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komanda heyətində Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov ( hər üçü 84 kq), həmçinin Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq) yer alıb.

Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyevaya (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretskanın (68 kq) çıxışına üstünlük verib.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərovun yarışa qatılmasını məqbul sayıb. Mərakeşdə liqa turnirinə yollanan heyətdə baş katib Mirhəsən Seyidov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var. Karate1 Premyer Liqa turnirin Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq. Nəticələr dünya və olimpiya reytinq cədvəlinə təsir edəcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR