Azərbaycan millisinin karateçisi İrina Zaretska İstanbulda Karate1 Seriya A turnirinin gümüş medalını qazanıb.
ONA-nın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən komandamızın lideri finalda Marina Rakoviçə (Monteneqro) məğlub olub.
Rəqib 4:2 hesablı qələbə qazanıb.
Rafael Ağayev (75 kq) isə bir-birinin ardınca iki döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub.
Qeyd edək ki, turnirdə 102 ölkədən 1813 karateçi iştirak edib. Milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində Premyer Liqa turniri gözləyir.