Azərbaycan karatesi Ayxan Mamayev (84 kq) Xorvatiyada “Super 8” beynəlxalq turnirinə dəvət olunub.
ONA-nın məlumatına görə, Xorvatiya Karate Federasiyasının təşkil etdiyi bu yarış dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək. Təşkilatçılar idmançıları nüfuzuna əsasən dəvət edirlər.
A.Mamayevlə birgə turnirdə Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Corc Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (hər ikisi Xorvatiya) kimi dünya və Avropa çempionatlarının mükafatçıları mübarizə aparacaq.
Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda mübarizə aparacaq.
Yarış mayın 11-də Zaqrebdə baş tutacaq.