• İDMAN

    13:06 7 may 2019

Azərbaycan klubları stadionda radio məlumat olmadığı və iclasda polis iştirak etmədiyi üçün cəzalanıb

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda baş verənlər AFFA-nın İntizam Komitəsi tərəfindən müzakirə olunub.

ONA-nın məlumatına görə, “Neftçi-2” ilə ev matçında “Zaqatala”nın futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq diskvalifikasiyaya məruz qalıb, klubunu 160 manat ziyana salıb.

Stadionda radio məlumat olmadığına görə “Zaqatala” daha 160 manat cərimə olunub.

“Sabah-2” – “Qarabağ-2” matçı qonaqların üzündən 5 dəqiqə gec başladığına görə klub 240 manat cərimələnib. Oyunun 90-cı dəqiqəsində “Sabah-2”nin baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun diskvalifikasiya edilib, klub 80 manat cərimələnib.

“Turan Tovuz” – “Səbail-2” matçından əvvəl təşkil olunan oyunöncəsi iclasda polis iştirak etmədiyinə görə meydan sahibləri 80 manat cərimələnib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR