• İDMAN

    13:08 29 aprel 2019

Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarının hakimləri açıqlanıb

Futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab görüşlərinin oyunları üçün bütün təyinatlar açıqlanıb.

ONA-nın məlumatına görə, mayın 1-də keçiriləcək qarşılaşmalar Əliyar Ağayevlə İnqilab Məmmədova həvalə olunub.

Sonuncu “Qarabağ” – “Qəbələ” görüşündə fit çalacaq. FİFA referisi “Zirə” – “Sumqayıt” matçında baş hakim olacaq.

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
1/2 final, cavab oyunları
1 may (çərşənbə)

“Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00

“Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu, 20:00

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR