Sabah futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.
ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç baş tutacaq.
Mərhələnin ilk görüşü Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Qarabağ”la qarşılaşacaq.
Son iki mövsümdə finalda uduzan “Qəbələ” ardıcıl 3-cü dəfə həlledici oyunda iştirak üçün mübarizə aparacaq. Ardıcıl 6-cı çempionluğa doğru irəliləyən ağdamlılar isə “Qızıl dubl” arzusunu gerçəkləşdirmək üçün turu adlamalıdır.
Günün ikinci matçı Sumqayıtda baş tutacaq. “Gənclik şəhəri” təmsilçisi “Zirə”ni qəbul edəcək.
Çempionatda işləri yaxşı getməyən komandalar avrokuboklara vəsiqəni yalnız kubokdan qazana bilər. İndiyədək finalda oynamayan “Sumqayıt”la “Zirə” ilkə imza atmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 1-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
23 aprel (çərşənbə axşamı)
“Qəbələ” – “Qarabağ”
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 16:00
“Sumqayıt” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”, 18:30