Azərbaycan kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib.
ONA-nın məlumatına görə, Peşəkar Futbol Liqasında reallaşan püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib.
Püşkün nəticələrinə əsasən, “Qəbələ” finalın nominal meydan sahibi elan olunub.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq.