Martın 8-də Mərakeşdə cüdo üzrə Qran-pri turniri start götürəcək. ONA-nın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan 1 idmançı ilə təmsil olunacaq.
Ölkəmizin idman şərəfini bir qədər öncə milliləşdirilən Aleksandra-Larisa Florian qoruyacaq. Rumıniyalı cüdoçu 52 kq çəki dərəcəsində gücünü yoxlayacaq.
Xatırladaq ki, Florianın Avstriyada Avropa Kubokunda sifariş edilsə də, millimizdə debütü baş tutmamışdı.