AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
ONA-nın məlumatına görə, bu oyunlara hazırlıq məqsədilə mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək Nikola Yurçeviç düşərgəyə 27 futbolçu çağırıb.
Mayın 21-də, saat 18:15-də, “Bakcell Arena”da baş məşqçinin mətbuat konfransı da təşkil olunacaq.
AD |
SOYAD |
KLUB |
Səlahət |
Ağayev |
Neftçi |
Emil |
Balayev |
Tobol (Qazaxıstan) |
Şahruddin |
Maqomedaliyev |
Qarabağ |
Maksim |
Medvedev |
Qarabağ |
Ömər |
Buludov |
Neftçi |
Bədavi |
Hüseynov |
Qarabağ |
Rahil |
Məmmədov |
Qarabağ |
Anton |
Krivotsyuk |
Neftçi |
Pavel |
Paşayev |
Oleksandriya (Ukrayna) |
Şəhriyar |
Rəhimov |
Səbail |
Bəhlul |
Mustafazadə |
Qəbələ |
Qara |
Qarayev |
Qarabağ |
Riçard |
Almeyda |
Qarabağ |
Eddi |
İsrafilov |
Alcorcon (İspaniya) |
Emin |
Mahmudov |
Neftçi |
Əli |
Babayev |
Sumqayıt |
Aleksey |
İsayev |
Sumqayıt |
Dmitri |
Nazarov |
Erzgebirge Aue (Almaniya) |
Mahir |
Emreli |
Qarabağ |
Rəşad |
Eyyubov |
Sabah |
Namiq |
Ələskərov |
Neftçi |
Araz |
Abdullayev |
Qarabağ |
Ramil |
Şeydayev |
Krılya Sovetov (Rusiya) |
Rüfət |
Dadaşov |
Proysen Münster (Almaniya) |
Mirabdulla |
Abbasov |
Neftçi |
Renat |
Dadaşov |
Eştoril (Portuqaliya) |
Ağabala |
Ramazanov |
Səbail |
Qeyd edək ki, Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar.