• İDMAN

    03:37 28 mart 2021

Azərbaycan millisi 200 gündən sonra qol vurub

Azərbaycan millisinin qol həsrəti başa çatıb.

Apasport.az saytının məlumatına görə, son 6 oyunda qol vura bilməyən yığma Qətərlə hazırda davam edən görüşdə fərqlənib.

Komandamızın heyətində Ramil Şeydayev qol sevinci yaşayıb. O, 16-cı dəqiqədə penaltidən dəqiq olub.

Bununla da 617 dəqiqəlik həsrət sona çatıb. Millimiz bu qolu düz 200 gün gözləyib.

Yığma sonuncu dəfə ötən il sentyabrın 8-də Kiprlə Nikosiyadakı matçda qol sevinci yaşayıb. 1:0 hesablı qələbə qazandığımız görüşün 29-cu dəqiqəsində Maksim Medvedev qol vurub.

Ardınca Monteneqro (0:2, 0:0, Kipr (0:0), Sloveniya (0:0), Lüksemburq (0:0) və Portuqaliya (0:1) ilə matçlarda futbolçularımız qol sevinci yaşamayıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR