Bu gün AVRO-2020-nin seçmə mərhələsində III turun oyunlarına yekun vurulacaq.
ONA-nın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da növbəti matçını keçirəcək.
Final mərhələsi Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizə aparan yığmamız Macarıstanla üz-üzə gələcək. Bu, komandamızın tsikldə ikinci görüşü olacaq.
İlk matçını Xorvatiyada keçirib 1:2 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri macarları Bakıda qəbul edəcək. Komandamız bu seçmə mərhələdə ilk ev oyununda ilk xalını qazanmağa çalışacaq.
Qarşısına AVRO-2020-nin final mərhələsinə yüksəlmək vəzifəsi qoyulan yığmamız şanslarının azalmaması üçün qalib gəlməyə çalışacaq. Millimiz 3 xal əldə etsə, bu, N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk qələbəsi olacaq.
Əvvəlki iki görüşdə qalibiyyəti olmayan xorvatiyalı evdə ilk ciddi sınağına çıxacaq. Bunadək çalışdırıcı doğma azarkeşlər önündə yalnız Litva ilə yoxlama oyununda komandaya rəhbərlik edib. Həmin qarşılaşma isə qolsuz heç-heçəylə nəticələnib.
Qeyd edək ki, qrupumuzun digər oyununda Xorvatiya Uelsi qəbul edəcək.
AVRO-2020-nin seçmə mərhələsi
E qrupu
20:00. Azərbaycan – Macarıstan
Baş hakim: Kevin Blom (Hollandiya)
Bakı. “Bakcell Arena” stadionu
1 |
Slovakiya |
2 |
1 |
0 |
1 |
2-1 |
3 |
2 |
Uels |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
3 |
Macarıstan |
2 |
1 |
0 |
1 |
2-3 |
3 |
4 |
Xorvatiya |
2 |
1 |
0 |
1 |
3-3 |
3 |
5 |
Azərbaycan |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |