• İDMAN

    20:52 2 mart 2019

Azərbaycan millisi Avropa kubokunun ilk günü 2 medal qazanıb

Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında açıq Avropa Kubokuna start verilib. ONA-nın məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 7 idmançısı qüvvəsini sınayıb. Onlardan ikisi çıxışını medalla başa vurub.

Yığmamızın heyətində Oruc Vəlizadə (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finaladək Kanat Seilxan (Qazaxıstan), Pyer Dyumont (Fransa), Bas Koffenberq (Hollandiya) və Vinsent Mankvestə (Fransa) qalib gələn həmyerlimiz həlledici döyüşdə Bartolmey Qarbaçikdən (Polşa) üstün olub.

O.Vəlizadədən fərqli, 66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İbrahim Əliyev gümüş medalla kifayətlənib. O, Simon Yasinski (Polşa), Yarin Menaqed (İsrail), Sunqat Jubatkan (Qazaxıstan) və Artyom Falkivskini (Ukrayna) məğlub edərək, finala yüksəlib. Lakin son qarşılaşmasında Saşa Flamentlə (Fransa) üz-üzə gələn Əliyev məğlub olub.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq. Son gündə millimizin daha 7 idmançısı tatamiyə çıxacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR