• İDMAN

    19:25 2 iyun 2019

Azərbaycan millisi Danimarkaya məğlub olub

Kişi voleybolçular ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirilib.

ONA-nın məlumatına görə, komandamız III turda çərçivəsində Danimarka yığmasının qonağı olub.

Görüş Fərid Cəlalovun yetirmələrinin məğlubiyyəti ilə başa çatıb. Voleybolçularımız yalnız ilk setdə ciddi müqavimət göstərə biliblər. Lakin daha güclü olan rəqib həm birinci hissəni, həm də növbəti iki seti xeyrinə bitirib - 3:0.

Bu məğlubiyyət Danimarkanın turnir cədvəlində Azərbaycanı qabaqlaması ilə nəticələnib.

Qrupumuzun digər görüşündə isə lider Rumıniya autsayder Gürcüstana "quru hesabla" - 3:0 hesabı ilə qalib gəlib.

Təmsilçimiz IV turda səfərdə Rumıniya ilə üz-üzə gələcək. Matç iyunun 8-də olacaq.

Gümüş Avropa Liqası
B qrupu
III tur
Danimarka - Azərbaycan - 3:0 (25:23, 25:11, 25:19)
Hakimlər:
Alekses Barrasa (İspaniya), Endborq Marten (Danimarka)
Slaqelsi. "Antvorskovhallen" Sarayı

N

Ölkə

O

Q

M

S

T

X

1

Rumıniya

3

3

0

9-1

255-190

9

2

Danimarka

3

2

1

6-3

216-186

6

3

Azərbaycan

3

1

2

4-7

231-237

3

4

Gürcüstan

3

0

3

1-9

154-243

0

ONA

Teqlər:

SON XƏBƏRLƏR