Milli komandaların FİFA reytinqi açıqlanıb.
ONA-nın məlumatına görə, cədvəldə dünyanın 211 yığması yer alıb.
Fevralın 7-də açıqlanan siyahı ilə müqayisədə cədvəldə bəzi dəyişikliklər baş verib. Buna 8 həftəlik hesabat dövründə keçirilən seçmə və yoxlama oyunları təsir edib.
Digər yığmalarla müqayisədə, bu müddətdə iki matç keçirən Azərbaycan milli komandası mövqeyi qoruyub. AVRO-2020-nin seçmə oyununda Xorvatiyaya 1:2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə qələbə qazana bilməyən (0:0) Nikola Yurçeviçin yetirmələri 1202 xalla yenə 108-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, cədvəlin ilk pillələrində Belçika (1737), Fransa (1734) və Braziliya yığmaları (1676) qərarlaşıblar. İki pillə irəliləyən Türkiyə millisi 1457 xalla 39-cudur.