• İDMAN

    21:26 21 may 2019

Azərbaycan millisi italiyalı mütəxəssisin rəhbərliyi altında ilk matçı heç-heçə oynayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası yeni baş məşqçisi Covanni Kapraranın rəhbərliyi altında ilk oyununu keçirib.

ONA-nın məlumatına görə, italiyalı mütəxəssisin yetirmələri Belarusun paytaxtı Minskdəki hazırlıq prosesi çərçivəsində bu ölkənin yığması ilə görüşüb.

Qızıl Avropa Liqasında eyni qrupda mübarizə aparan komandalar yoxlama oyununda qüvvələrini sınayıblar. “Çijovka Arena”da keçirilən görüşün ilk setində qələbə qazanan millimiz növbəti iki hissədən məğlub ayrılıb. Voleybolçularımız 4-cü setdə hesabı bərabərləşdirdikdən sonra tay-brek oynanılmayıb və görüş heç-heçə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan və Belarus yığmaları arasında ikinci yoxlama oyunu sabah keçiriləcək.

Yoxlama oyunu
21 may

Belarus – Azərbaycan – 2:2 (20:25, 25:16, 25:18, 24:26)

ONA

Teqlər:

SON XƏBƏRLƏR