• İDMAN

    18:19 12 mart 2019

Azərbaycan millisi mundialda Hindistanla heç-heçə oynayıb

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında növbəti turun matçları keçirilib. ONA-nın məlumatına görə, kişilərdən ibarət Azərbaycan yığması 7-ci oyun günündə Hindistanla qarşılaşıb.

Millimiz asiyalılarla 2:2 hesablı heç-heçə edib. Komandamızın heyətində Arkadi Naydiç, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abasov rəqibləri ilə “sülh” bağlayıblar.

Turun digər matçlarının hamısı 2,5:1,5 hesabı ilə yekunlaşıb. Çin İsveçi, İran Qazaxıstanı, İngiltərə Misiri və Rusiya ABŞ-ı məğlub edib.

Qeyd edək ki, sabah keçiriləcək VIII turda yığmamız İranla mübarizə aparacaq. Günün digər matçlarında İsveç - Rusiya, Hindistan – ABŞ, Misir – Qazaxıstan və Çin - İngiltərə cütləri üz-üzə gələcək.

Dünya çempionatı
VII tur
12 mart
Azərbaycan - Hindistan – 2:2

Arkadi Naydiç - Baskaran Adhiban - 0,5:0,5
Qədir Hüseynov - Krişnan Saşikiran - 0,5:0,5
Eltac Səfərli - Surya Şexar Qanquli - 0,5:0,5
Nicat Abasov - Panayapan Seturaman - 0,5:0,5

Turnir cədvəli: Rusiya - 12 xal, İngiltərə - 11, Hindistan - 10, ABŞ, Çin - 8, İran - 7, Azərbaycan - 5, Qazaxıstan, İsveç - 4, Misir - 1.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR