Azərbaycan millisi “Olimpiya”ya qalib gəlib
  • İDMAN

  • 21:50 27 May 2019

Azərbaycan millisi “Olimpiya”ya qalib gəlib

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası növbəti yoxlama oyunu keçirib. 

ONA-nın məlumatına görə, Milan Obradoviçin yetirmələri “Olimpiya” klubunun əvəzedici komandası ilə qarşılaşıblar.

Matç yığmamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Musa Qurbanlı, Turan Manafov, Elvin Cəfərquliyev və Emil Qasımov fərqlənib. 

OXŞAR XƏBƏRLƏR