Azərbaycan millisi Rumıniyaya məğlub olub
  • İDMAN

  • 00:56 09 İyun 2019

Azərbaycan millisi Rumıniyaya məğlub olub

Kişi voleybolçular arasında Gümüş Avropa Liqasında IV turun oyunları keçirilib. 

APA-nın məlumatına görə, tur çərçivəsində Azərbaycan yığması Rumıniyanın qonağı olub. 

Görüş Fərid Cəlalovun yetirmələrinin məğlubiyyəti ilə başa çatıb. 

Voleybolçularımız ilk setdə uduzduqdan sonra hesabı bərabərləşdirsələr də, növbəti iki hissədə uduzublar. Matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Təmsilçimiz III turda evdə Gürcüstanla üz-üzə gələcək. Görüş iyunun 12-də olacaq. 

Gümüş Avropa Liqası
B qrupu
IV tur
Rumıniya - Azərbaycan - 3:1 (25:20, 23:25, 25:21, 27:25)
Hakimlər: 
Nikolas Fraqkakis (Yunanıstan), Alin Mateyzer (Rumıniya)
Aleksandrya. Polivalenta Sarayı

N

Ölkə

O

Q

M

S

T

X

1

Rumıniya

4

4

0

12-2

355-281

12

2

Danimarka

4

3

1

9-3

291-227

9

3

Azərbaycan

4

1

3

5-10

322-337

3

4

Gürcüstan

4

0

4

1-12

195-318

0

Qeyd edək ki, qrupumuzun digər oyununda Danimarka Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. 

Tahir Hümmətov

Teqlər:

OXŞAR XƏBƏRLƏR