• İDMAN

    18:02 24 mart 2019

Azərbaycan millisi Səudiyyə Ərəbistanına məğlub olub

Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. ONA-nın məlumatına görə, komandamız Səudiyyə Ərəbistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Matç təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk görüşdə Gürcüstan futbolçularına 0:2 hesabı ilə uduzub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR