• İDMAN

    10:32 5 mart 2019

Azərbaycan millisinin Avropa Liqasındakı oyunlarının vaxtı dəqiqləşib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında oyunlarının vaxtı və keçirilmə yeri dəqiqləşib. ONA-nın məlumatına görə, yığmamız ilk görüşünə səfərdə çıxacaq.

Voleybolçularımız Minskdə Belarusu sınağa çəkəcək. Ardınca təmsilçimiz 3 görüşünü evdə keçirəcək. Yığmamız rəqiblərini Voleybol Mərkəzində qəbul edəcək.

Millimiz son 2 turda isə İspaniya və Finlandiyaya yollanacaq.

Qızıl Avropa Liqası

26 may

17:00. Belarus – Azərbaycan

Minsk, Çijovka Arena

29 may

18:00. Azərbaycan – İspaniya

Bakı, Voleybol Mərkəzi

2 iyun

18:00. Azərbaycan – Finlandiya

Bakı, Voleybol Mərkəzi

8 iyun

18:00. Azərbaycan – Belarus

Bakı, Voleybol Mərkəzi

12 iyun

19:30. İspaniya – Azərbaycan

Valyadolid, Huerta del Rey

15 iyun

15:00. Finlandiya – Azərbaycan

Mikkeli, Saymaa Stadionu

Tahir

Teqlər:

SON XƏBƏRLƏR