• İDMAN

    11:10 15 aprel 2019

Azərbaycan millisinin Avropa Liqasındakı oyunlarının vaxtı dəqiqləşib

Kişi voleybolçular arasında Gümüş Avropa Liqasının təqvimi açıqlanıb.

ONA-nın məlumatına görə, yarışın B qrupunda yer alan Azərbaycan millisinin də oyunlarının vaxtı dəqiqləşib.

Fərid Cəlalovun rəhbərlik etdiyi komanda turnirə evdə başlayıb, evdə yekun vuracaq. Voleybolçularımız Bakıdakı görüşlərinin hamısına saat 17:00-da çıxacaq.

Yığmamız rəqiblərini Voleybol Mərkəzində qəbul edəcək.

Gümüş Avropa Liqası
I tur
25 may
17:00. Azərbaycan – Rumıniya

Bakı, Voleybol Mərkəzi

II tur
29 may
19:00. Gürcüstan – Azərbaycan

Tbilisi, Yeni Voleybol Arenası

III tur
2 iyun
18:00. Danimarka – Azərbaycan

Slaqelse, “Antvorskovhallen” Sarayı

IV tur
20:30. Rumıniya – Azərbaycan

Aleksandriya, “Polivalenta” Sarayı

V tur
12 iyun
17:00. Azərbaycan – Gürcüstan

Bakı, Voleybol Mərkəzi

IV tur
15 iyun
17:00. Azərbaycan – Danimarka

Bakı, Voleybol Mərkəzi

Tahir

Teqlər:

SON XƏBƏRLƏR