• İDMAN

    19:56 1 iyun 2019

Azərbaycan millisinin baş məşqçisi: "Növbəti turlarda daha yaxşı oyun göstərəcəyik"

"Finlandiya komandası ilə oyunumuz da çətin olacaq. Çünki bu rəqib də İspaniya kimi sürətli voleybol oynayır".

ONA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Covanni Kaprara deyib.

Qızıl Avropa Liqasının qrup mərhələsinin ilk iki turunda məğlub olan yığmamız növbəti matçında Finlandiyanı qəbul edəcək. İtaliyalı mütəxəssis bildirib ki, sabah Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşmada əsas hədəfləri qələbə qazanmaqdır: "Biz məşqlərimizi davam etdiririk, qızlar hazırlıqda tapşırıqlarımı daha yaxşı yerinə yetirmə çalışırlar. Milli komandamızın oyunçusu Odina Əliyeva da bir neçə gündür ki, məşqlərə start verib. Düzdür, Finlandiya ilə oyunda onu meydançada görə bilməyəcəksiniz. Amma qarşıdakı matçlarda Odina da bizimlə birgə mübarizəyə qoşulacaq. Komandamın çıxışından razıyam. İnanıram ki, növbəti turlarda daha yaxşı oyun göstərəcəyik".

Qeyd edək ki, C qrupunda yer alan komandamız Belarusa 2:3, İspaniyaya 0:3 hesabı ilə məğlub olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR