Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov karyerasını Portuqaliyanın “Benfika” klubunda davam etdirə bilər.
ONA-nın məlumatına görə, Lissabon təmsilçisi 19 yaşlı futbolçunun transferində maraqlıdır.
Ölkəsinin ən titullu klublarından olan “Benfika” R.Dadaşovun “Eştoril”dəki çıxışlarını izləyir. Gənc hücumçu aşağı liqada çıxış edən komandada 24 oyun keçirib və bu matçlarda paytaxt təmsilçisinin diqqətini cəlb edib.
Qeyd edək ki, vaxtilə Almaniyanın U-17 yığmasında da çıxış etmiş R.Dadaşov sonradan vətəndaşlığını dəyişərək Azərbaycan millisini seçib. O, ölkəmizin həm əsas, həm də U-21 və U-19 yığmalarına çağırılıb.