• İDMAN

    20:39 18 aprel 2019

Azərbaycan millisinin futbolçusu intizamsızlığa görə klubundan uzaqlaşdırılıb

Bakının “Sabah" klubu futbolçusu Təmkin Xəlilzadəni cəzalandırıb.

ONA-nın məlumatına görə, buna yarımmüdafiəçinin intizamsızlığı səbəb olub.

Belə ki, Azərbaycan millisinin oyunçusu dəfələrlə daxili intizam qaydalarını pozub. Bu üzdən T.Xəlilzadə mövsümün sonuna qədər komandadan uzaqlaşdırılıb.

Yarımmüdafiəçi milli komandanın da üzvü olduğu üçün “Sabah” verilmiş qərar barədə AFFA-nı məlumatlandırıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR