• İDMAN

    13:21 10 aprel 2019

Azərbaycan millisinin futbolçusu Türkiyə yığmasına çağırıla bilər

Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Murad Cem Akpinar Azərbaycan millisindən imtina edə bilər.

ONA-nın məlumatına görə, yığmamızın milliləşdirdiyi 20 yaşlı yarımmüdafiəçinin doğma ölkəsinin şərəfini qorumaq variantı yaranıb.

Buna Şenol Günəşin Türkiyə millisinin “sükanı arxasına” keçməsi səbəb olub. “Trabzonspor”un gənc futbolçusunun oyununa bələd olan mütəxəssis onun aşağı yaş üzrə yığmalara çağırılması ilə bağlı göstəriş verəcək. Bu, yeniyetmə və gənclərdən ibarət komandaların baş məşqçilərinin təyinatından sonra reallaşacaq. Həmin mütəxəssisləri isə iyunda rəsmi fəaliyyətə başladıqdan sonra Ş. Günəş seçəcək.

Akpinar ölkəmizin əsas komandasında oynamadığı üçün yığmasını dəyişmək hüququnu qoruyur.

Qeyd edək ki, 2016-cı ildə U-17 millimizə dəvət olunan futbolçu komandamızın heyətində 2 qol vurub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR