• İDMAN

    16:40 7 mart 2019

Azərbaycan millisinin hazırlıq planı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandasının hazırlıq planı açıqlanıb. ONA-nın məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq yığmamız martın 16-dan etibarən təlim-məşq toplanışına başlayacaq.
Hazırlıq prosesi Bakıda təşkil olunacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq.
Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.
Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR