• İDMAN

    11:49 3 iyun 2019

Azərbaycan millisinin kapitanı: “Finlandiya ilə matçda çox səhvlərə yol verdik”

“Oyuna pis başladıq. Amma üçüncü hissədə toparlanıb, qalib gəlsək də ardını gətirə bilmədik”.

ONA-nın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

Komandamızın kapitanı Qızıl Avropa Liqasında Finlandiyaya 1:3 hesablı məğlubiyyətin səbəbini açıqlayıb. O bildirib ki, rəqiblə müqayisə daha çox səhv etdikləri üçün qələbə qazana bilməyiblər: “Düşünürəm ki, II turda ispanlarla oyundan fərqli, daha yaxşı oynadıq. Amma çox səhvlərə yol verdik. Rəqibimiz sürətli hücum edirdi. Buna görə də blokda istədiyim kimi oynaya bilmədim. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi daha öncə Belarus və İspaniyaya da uduzub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR