21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk oyunun vaxtı və yeri müəyyənləşib.
ONA-nın məlumatına görə, Lixtenşteyn yığması ilə iyunun 6-da keçiriləcək qarşılaşma Eş şəhərindəki "Sportpark Eş Mauren" stadionunda baş tutacaq.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, millimiz AVRO-2021-in seçmə mərhələsində ikinci matçını üç gün sonra evdə Slovakiyaya qarşı keçirəcək.