• İDMAN

    10:35 21 may 2019

Azərbaycan millisinin Qran-pri üçün heyəti müəyyənləşib

Mayın 24-26-da Çinin Hohhot şəhərində cüdo üzrə Qran-pri keçiriləcək.

ONA-nın məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edəcək.

Məşqçilər korpusu Qran-pridə Kəramət Hüseynov, Tofiq Məmmədov (hər ikisi 60 kq), İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov (hər ikisi 73 kq), Zelim Kotsoyev (100 kq) və Aleksandra-Larisa Floriana (57 kq) şans verəcək.

Turnirə ümumilikdə 44 ölkədən 345 (192 kişi, 153 qadın) cüdoçunun qatılması gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR