• İDMAN

    16:02 27 mart 2019

Azərbaycan millisinin Qran-pri üçün heyəti müəyyənləşib

Martın 29-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran-pri turniri start götürəcək.

ONA-nın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Komandamız qonşu ölkəyə 13 cüdoçu ilə yollanacaq. Yığmamızın heyətində Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), İlkin Babazadə, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Fəqan Quluzadə, Afiq Səfərli (hər ikisi 81 kq), Abdulhəqq Rəsullu, Əliömər Tumayev (hər ikisi 90 kq), Ayşə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorlu Munxtsedev (57 kq) və Fatma Özərdim (70 kq) yer alacaq.

Qeyd edək ki, Qran-pridə 52 ölkədən 407 (225 kişi, 182 qadın) idmançı gücünü yoxlayacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR