• İDMAN

    16:16 11 aprel 2019

Azərbaycan millisinin sabiq baş məşqçisi Ukrayna yığmasını çalışdıracaq

Boks üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Leonid Loivski Ukrayna yığmasının baş məşqçisi təyin olunub.

ONA-nın məlumatına görə, Ukrayna Boks Federasiyası tərəfindən namizədliyi irəli sürülən təcrübəli mütəxəssisin yeni işə başlamasını bu gün ölkənin Gənclər və İdman Nazirliyi təsdiqləyib.

Bir müddət öncədən işinə başlayan mütəxəssis uzun illər yığmada çalışan Dmitri Sosnovskini əvəzləyib. 30 ildən artıq məşqçilik təcrübəsi olan Loivski 2017-2018-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.

Qeyd edək ki, Azərbaycan yığmasında ukraynalını Vaqif Şirinov əvəzləyib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR