• İDMAN

    10:42 18 mart 2019

Azərbaycan millisinin sabiq futbolçusu Litva yığmasının baş məşqçisi təyin edilib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu Sahib Məmmədov karyerasını Litvada davam etdirəcək. ONA-nın məlumatına görə, təmsilçimiz bu ölkənin yığmasının baş məşqçisi təyin olunub.

Bu, Vilnüsdə keçirilən Litva kubokunun startından öncə gerçəkləşib. Yarışa fəxri qonaq kimi dəvət olunan Məmmədovun təqdimat mərasimi keçirilib. 33 yaşlı mütəxəssis millinin baş məşqçisi postunda Neriyus Budratiyusu əvəzləyib.

Qeyd edək ki, S.Məmmədov 2008-2014-cü illərdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvü olub. O, “Neftçi” və “Bakı” klublarının heyətində altı dəfə ölkə çempionu adını qazanıb.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR