• İDMAN

    10:57 27 mart 2019

Azərbaycan millisinin voleybolçusu avrokubokda gümüş medal qazanıb

Qadın voleybolçular arasında CEV kubokunun qalibi bəlli olub. ONA-nın məlumatına görə, İtaliyanın “Yamamay” klubu yarışın qızıl medalına yiyələnib.

Apennin təmsilçisi həlledici görüşdə heyətində Azərbaycan millisinin hücumçusu Yekaterina Jidkovanın da yer aldığı Rumıniya “Alba”sını məğlub edib. İlk matçda 3:0 hesabı ilə qalib gələn “Yamamay” səfərdəki qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanıb.

Beləliklə, milli üzvü avrokuboku gümüş medalla bitirib.

Qeyd edək ki, Jidkova mövsümün əvvəlindən “Alba”da çıxış edir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR